Qurudulan Urmu gölü belə talan olunur – VİDEO

Urmu gölünün cansız bədənindən duz çıxarılır.

Bu barədə “Azad İran” teleqram kanalında bildirilir.

Məlumata görə, Urmu gölündən duzun çıxarılması bir neçə ildir ki, davam edir. İranın şərq əyalətlərindən bəzi şirkətlərin gəlişi ilə Urmu gölünün talan edilməsi başlayıb.

Qeyd olunub ki, gün ərzində göldən yüzlərlə ton duzun daşınması yol infrastrukturunun dağılmasına səbəb olub.

“Digər tərəfdən duzun yolların ətrafına tökülməsi nəticəsində əkin sahələri məhv olub”, – deyə məlumatda qeyd olunur.

https://www.youtube.com/watch?v=qkd-7NmIxvU



Mənbə