Belqradda məşhur gecə klubu batıb

Belqradda məşhur gecə klubu “Kartel” dekabrın 24-nə keçən gecə təhlükəsizlik işçiləri ilə müştərilər arasındakı toqquşmadan sonra batıb.

Serbiya paytaxtındakı su üzərində yerləşən gecə klubunda reper Tsunami konsert verib.

Müəyyən bir məqamda təhlükəsizlik əməkdaşları ziyarətçiləri küçəyə çıxarmağa başlayıb.

Yaranan sıxlıqdan taxta konstruksiya uçub və gecə klubu su altında qalıb.
Hadisə şahidinin sözlərinə görə, yüzə yaxın insan suya düşüb. Lakin Belqrad xilasetmə xidmətləri çökmə zamanı 30-a yaxın ziyarətçiyə kömək etdiklərini bildiriblər.



Mənbə