Prezidentliyə namizəd olmaq istəyən 15 nəfər – SİYAHI

 Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün bildirib ki, prezident seçkilərində namizəd kimi iştirak etmək üçün 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Daha 8 nəfər namizədlik üçün müraciət edib.

Komissiya onların müraciətlərinə tezliklə baxacaq.

Beləliklə, prezident seçkilərində iştirak etmək üçün namizədliyinin irəli sürülməsi təsdiq edilən şəxslər aşağıdakılardır:

1. Prezident İlham Əliyev – Namizədliyi YAP tərəfindən irəli sürülüb;

2. Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc – Namizədliyi özü tərəfindən irəli sürülüb;

3. Deputat Fazil Mustafa – Namizədliyi Böyük Qurtuluş Partiyasının tərəfindən irəli sürülüb;

4. Fuad Əliyev – Namizədliyi özü tərəfindən irəli sürülüb;

5. Elşad Musayev – Namizədliyi namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

6. Deputat Qüdrət Həsənquliyev – Namizədliyi Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

7. Deputat Razi Nurullayev – Namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülüb.

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfər isə aşağıdakılardır:

– Sərvan Kərimov

– Mətləb Mütəllimli

– Abutalıb Səmədov

– Fikrət Yusifov

– Yusif Bağırzadə

– Arzuman Abdulkərimov

– Yunus Oğuz

– Qulamhüseyn Əlibəyli.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.



Mənbə