Torpaq payı olan şəxslərin NƏZƏRİNƏ

 
Torpaq payı olan vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə qeyd edilib ki, qanuna işsizlikdən sığorta ödənişinin ödənilməsi üçün əsas olan əmək müqaviləsinə xitam verilməsinin əsasları əlavə edilir.
 
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.



Mənbə