Rusiyalı iş adamı Anatoli Bıkov 1998-ci ildə qətl törətməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Krasnoyarsk vilayətinin Kirovski Rayon Məhkəməsi qərar verib.
Biznesmen kriminal avtoritet Vladimir Filippovun qətlində təqsirli bilinib. Filippovun qızının xeyrinə Bıkovdan 7 milyon rubl alınıb.
İş adamının vəkili Aleksey Proxorov bildirib ki, tərəfi hökmdən apellyasiya şikayəti verəcək.
Bu, sahibkara verilən üçüncü hökmdür, ümumilikdə o, 20 il müddətinə ciddi rejimli koloniyada cəzasını çəkəcək.