Almaniya parlamenti Ermənistana silah tədarükünün mümkünlüyünə baxmır.
Bu barədə Bundestaqın müdafiə komitəsinin üzvü Yan Nolte açıqlayıb.
“Hakimiyyət Ukraynanı silahla dəstəkləməyə davam etmək istəyir və indiki vəziyyətdə bu, onsuz da çətindir. İsrail və Qəzza zolağında vəziyyətin gələcəkdə necə inkişaf edəcəyi də bəlli deyil. Düşünmürəm ki, kimsə Ermənistanı silahla təmin etmək istəyir. Hər halda, bu, müdafiə komitəsinin gündəliyində deyil”, – deyə deputat qeyd edib.