Belçikada dəmiryol işçiləri 2 günlük tətilə çıxıblar.
Xarici KİV xəbər verir ki, buna səbəb maaşların azaldılması olub.
Belçika Dövlət Dəmir Yollarının (SNCB) internet saytında 48 saatlıq tətilin yerli vaxtla saat 23:00-da başladığı və dekabrın 7-də eyni saatda sona çatacağı açıqlanıb.
Məqsəd SNCB-nin xərclərin azaldılması tədbirləri nəticəsində əmək haqlarının azaldılması və xidmətə başlamazdan əvvəl trenajorlara verilən hazırlıq vaxtının yarıya endirilməsinə etiraz etməkdir.
Ölkə daxilində nəqliyyatın hərəkəti əhəmiyyətli dərəcədə pozulub.