İran nüvə bombası yaratmaq imkanına malikdir – MAQATE

 Tehran atom bombası yaratmaq üçün lazımi material və imkanlara malikdir.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Frans-24 (France 24) telekanalına müsahibəsində deyib.

O, İranın nüvə proqramı ilə bağlı narahatlığını növbəti dəfə dilə gətirərək, Tehranın uranı olduqca yüksək səviyyədə zənginləşdirdiyini bildirib:

“İranın nüvə proqramı ilə bağlı hələ də çoxlu cavabsız suallar var. MAQATE müfəttişləri İranda uran olmaması lazım olan obyektlərdə yüksək səviyyədə zənginləşdirilmiş uran və ya emal olunmuş uranın izlərini aşkar ediblər”.

Qeyd edək ki, bir neçə gün əvvəl Qrossi Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasına ünvanladığı bəyanatda İranın 5%, 20% və 60% zənginləşdirilmiş uran ehtiyatlarının cari ilin sentyabr ayı ilə müqayisədə artdığını açıqlayıb.



Mənbə