Jurnalist işgəncə altında komaya düşdü

Təhlükəsizlik təcridxanasında işgəncəyə məruz qalan jurnalist, sosial media fəalı Məhəmməd Mirqasımzadə komaya düşüb.

Bu barədə “Radio Gilan” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, jurnalist Gilan əyalətinin Somesəra şəhərinin İran parlamentindəki nümayəndəsi Kazım Dilxoşun korrupsiya əməlləri barədə açıqlamalarından sonra həbs edilib.

Komaya düşən jurnalistin öldüyü ehtimal edilir. Məsələ ilə bağlı jurnalistin ailəsinin müraciətlərinə cavab verilmir.



Mənbə