Yeni ildə köhnə ənənə: Bu məhsullar bahalaşacaq – NƏ ETMƏLİ?

Hər il olduğu kimi, bu ildə bayramqabağı qiymətlərin bahalaşacağı gözlənilir.

Bayram yaxınlaşdıqca “ənənəvi” qiymət artımının şahidi oluruq. Sanki bu, dəyişməz adətə çevrilib.

Alıcılar da hər bayramqabağı xüsusilə ərzaqların qiymətinin artmasından şikayətlənirlər.

Maraqlıdır ki, digər ölkələrdə bayramqabağl xüsusi, böyük qiymət endirimlərinə şahid oluruq. Lakin ölkəmizdə bayramqabağı ciddi bahalaşma olur.

İqtisadçı-ekspert Akif Nəsirli mövzu ilə bağlı Cebhe.info-ya bildirib ki, ərzağın qiymədətində bu il artım olacaq:

“Bu il ərzaq məhsullarının qiymətində artım olacaq. Bu il hökumət tərəfindən fermerlərə və digər sahibkarlara dövlət tərəfindən dəstək zəif olduğuna, bəzi hallarda isə heç bir dəstək olmadığına görə istehsalata maraq azalıb. Bu səbəbdən idxal məhsullarına maraq artıb. Buna görə də ərzaq və digər məhsulların qiymətində artım olacaq”.

Ekspert həmçinin, qiymətləri artacaq ərzaq məhsullarından danışıb. Onun sözlərinə görə, ətin, süd və süd məhsullarının, bitki mənşəyli məhsulların bahalaşması gözlənilir:

“Torpaqların istifadəsində aqrotexniki qaydalara əməl olunmadığına görə məhsuldarlıq aşağı düşür. Nəticədə məhsulun azalması yerli istehlak bazarının tələbatını qarşılaya bilmir. Yerli məhsulları idxal məhsulları əvəz edir. O da özlüyündə qiymət artımına gətirib çıxarır”.

Mənbə: Cebhe.info



Mənbə