Zümrüd və Fatimə arasında GƏRGİNLİK: “Geri qaytaranda…”


Teleaparıcı Zümrüd Bədəlova və rəqqasə Fatimə Fətəliyeva arasında gərgin anlar yaşanıb. 

Verilişin gedişatında məlum olub ki, Fatimə “İnstagram”da Zümrüdü izləmədən çıxarıb. 

Bundan xəbər tutan Zümrüd özündən çıxıb: “Məni izləmədən niyə çıxarmısan? Bunu əvvəldən mənə deyərdiniz, suallarımı başqa cürə verərdim. Bir azdan izləmədən çıxardıqlarını geri qaytaranda, ay tövbə ona qarşılıq verəm…” 

Fatimə isə əməlinə belə “don geyindirib”: “Bir dəqiqə qulaq asın ee, əvvəllər bu instaqram yox idi. Qabaq biz bir-birimizi heç izləmirdik, necə yaxın idik”.



Mənbə