Kəlbəcərə həyat qayıdır

Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonunun işğal edilməsinin əsas səbəbi önləyici tədbirlərin görülməməsi idi. Həmin dövrdə xaos yaşayan hakimiyyətin siyasi etinasızlığı və xəyanəti nəticəsində demək olar ki, onlar tərəfindən heç bir hərbi-taktiki addım atılmamışıdr. Atılan addımlar da torpaqların işğalını daha da tezləşdirmişdir. O zamanki təcrübəsiz dövlət rəhbərlərinin ordunu döyüş bölgəsindən geri çəkib mərkəzdəki siyasi hakimiyyət uğurunda mübarizəyə cəlb etməsi işğal faktının digər səbəblərindəndir. Bu faktorlar işğal olunan digər rayonlar kimi Kəlbəcər rayonunun da ermənilər tərəfindən zəbt olunmasına səbəb olmuşdur. Beləcə, 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Şübhəsiz, Kəlbəcərin işğalı səriştəsizlik ucbatından baş verdi. Əgər Ulu Öndər Heydər Əliyev əvvəldən dövlət rəhbərliyində olsaydı bu proseslər baş verməzdi. Ulu öndər Heydər Əliyev Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir ki, Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir: “Çox zəngin təbiəti, tarixi abidələri, Azərbaycan torpaığının qədim dövrlərdən indiyə qədər tarixini öz qəlbində, öz sinəsində, qoynunda saxlayan Azərbaycanınn ərazisinin bir hissəsidir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm də iqliminin gözəlliyinə, insanlarının fədakarlığına görə həmişə respublikamızda çox hörmət ehtiram içində olubdur. Kəlbəcər Azərbaycann ayrılmaz parçasıdır, hissəsidir. Heç şübhə yoxdur ki, o gün gələcəkdir ki, Kəlbəcər erməni silahlı qüvvələrinin işğalından azad olacaqdır. Kəlbəcərin sakinləri – bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”. Bəli, Ümummilli Lider Heydər Əliyevin dedikləri, arzusu təxminən 30 il sonra reallaşdı. İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin işğaldan azad olunmasının strateji əhəmiyyəti var idi. Prezident İlham Əliyev demişdir ki, İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. Kəlbəcər Azərbaycanın ən ucqar dağ rayonu hesab olunur. Birici Qarabağ müharibəsindən fərqli olaraq İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu Kəlbəcərdəki strateji yüksəklikləri götürməklə önləyici addım atmış oldu. Bu, həm də Ermənistan ordusnun gözlənilən hücumlarının qarşısının alınmsı üçün önəmli idi. Buna görə də 44 gün ərzində Ermənistan ordusu Kəlbəcər istiqamətidə heç hərəkət və ya hücum əməliyyatı keçirə bilməmişdir. Effektiv hərbi strategiyanın nəticəsi olaraq 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Artıq 25 noyabr xalqımız üçün undulmaz tarixi gün- “Kəlbəcər şəhəri günü” olaraq yadda qalacaq. Kəlbəcər rayonunun da işğaldan azad olunmasını Prezident İlham Əliyev Azərbaycan xalqına elan etmişdir: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini”. Hazırda Kəlbəcərdə müasir standartlara uyğun şəkildə abadlıq, quruculuq işləri aparılır. Kəlbcərə dağ yollarından gedişi asanlaşıdıramaq üçün yeni yol və tunellər çəkilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərlər edərək tikinti və abadlaşdırma işlərinə nəzarət edir. Göründüyü kimi, Kəlbəcərlə bağlı 3 il əvvəl dövlətimizin başçısının verdiyi vədlər artıq yerinə yetirilir və Kəlbəcər də həyat qayıdır.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu