Türkiyədə mədən çökdü – Ölənlər var

 Türkiyənin cənub-şərqindəki Siirt şəhərində mis mədənində baş verən çökmə nəticəsində 3 nəfər ölüb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

“Siirtin Şirvan rayonunda mis mədənində baş verən çökmə nəticəsində 3 nəfər həlak olub. Hadisə yerində iş davam edir”, – KİV yazır.

Hadisə yerinə xilasetmə qrupları, yanğınsöndürmə briqadaları, jandarma və təcili tibbi yardım xidmətləri göndərilib.

 

Mənbə