Los-Ancelesdə bir gündə dörd polis məmuru intihar edib.
Bu barədə “Los-Angeles Tayms” Los-Anceles polis rəisinin ofisinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu intihar hallarının bir-biri ilə əlaqəli olması barədə məlumat yoxdur.
Hadisədən sonra Los-Anceles polis rəisi Robert Lun əməkdaşlarına müraciət edərək, onları həmkarlarının sağlamlığına diqqət yetirməyə çağırıb:
“Biz bu ölümlərlə bağlı məlumatdan şoka düşdük. Belə çətin anlarda rütbə və vəzifəsindən asılı olmayaraq, əməkdaşların digər həmkarlarının və dostlarının durumunu izləməsi vacibdir”.