Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev elan etdi: “17 martdan 16 aprelədək Şuranın iclasları onlayn, Katibliyin əməkdaşları məsafədən iş rejiminə keçəcək”.
“Koronavirusla mübarizə məqsədilə 17 martdan 16 aprelə kimi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının iclasları onlayn, katibliyin əməkdaşları “məsafədən iş” rejiminə keçəcək. QHT-lər SƏLİS vasitəsilə Şuranın bütün xidmətlərindən fasiləsiz faydalanmağa davam edəcəklər”. Bu barədə Şura sədri, deputat Azay Quliyev tvitter hesabında məlumat paylaşıb.