Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu açıqlayıb.
MAİ-nin iddiasına görə, Kremlə bağlı mənbələr bildirib ki, buna səbəb Ermənistanla ABŞ arasında artan əməkdaşlıqdır: “Ermənistan Baş Qərargahının rəisi Edvard Asiran ilə ABŞ-nin Avropa Komandanlığının müavini general-leytenant Stiven Başam arasında noyabrın 3-də görüş keçirilib. Bu, Rusiyaya qarşı növbəti rüsvayçılıqdır. Amerika ilə Ermənistan arasında artan əməkdaşlıq Rusiyanın Gümrüdəki 102-ci Hərbi Bazasını saxlamaq imkanını təhlükə altına alır”.
Həmçinin məlumatda vurğulanıb ki, İrəvan son vaxtlar Moskvadan uzaqlaşır və ikitərəfli münasibətlər pisləşir.