Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin radikal HƏMAS hərəkatını terror qruplaşması kimi tanımaqdan imtina etdikdən sonra bir çox İsrail supermarket şəbəkəsi Türkiyədən idxalı dayandırıb.
Bu barədə İsrailin “Haaretz” qəzeti yazıb.
Qeyd olunur ki, İsrailin ən böyük supermarketlər şəbəkəsi “Shufersal”, eləcə də onun rəqibləri “Rami Levy” və “Yohananoff” Türkiyə məhsullarından imtina edib. Onlar bu addımı güclü ictimai təzyiqə görə atıblar.
Qeyd olunub ki, Türkiyə son illərdə İsrailin əsas ixracatçılarından birinə çevrilib. Ölkə 2022-ci ildə Çin, ABŞ, İsveçrə və Almaniyadan sonra beşinci yeri tutub.