Almaniyada məscidlərə yandırılmış Quran göndərildi

 Almaniyada iki məscidə içərisində Quranın yandırılmış səhifələri olan məktublar göndərilib.

Bu barədə ölkə polisinə istinadən məlumat yayılıb.

Məktublar Reklinqhausen və Kastrop-Rauhel şəhərlərindəki məscidlərin poçt qutularında aşkar edilib.

Onların içərisində Quranın yandırılmış səhifələrilə yanaşı it nəcisi də olub.
Artıq dövlət təhlükəsizlik xidməti dini zəmində nifrətin qızışdırılması ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: lenta.ru



Mənbə