Aşıq Əli Tapdıqoğlunun qadınlarla bağlı dediyi sözlər tənqid olunub.
“Rəngarəng səhər” verilişinə qonaq olan ifaçı “Evdə son sözü qadın, yoxsa kişi deməlidir?” sualına cavab verərkən xanımları təhqir edib:
“Qadın evdə uşağı tərbiyə edib, yeməyini bişirə bilər. Bəli, hörmətini saxlamalısan. Həddi var, necə yəni, qadın söz desin? Qadının özünə məsləhət vermək lazımdır, qadın məsləhət verə bilməz”.