Şuşa o vaxt azad oldu ki, illərlə bu günün həsrətindən yanıb qovrulduq.
Hər bir dövlət onda qüdrətli olur ki, onun güclü ordusu var. Azərbaycan dövləti
də müstəqillik əldə edəndən sonra ilk növbədə ordunun möhkəmləndirilməsinə
çalışdı. Güclü ordu, qüdrətli dövlət deməkdi.
Beləliklə hər il 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü kimi
qeyd olunur.
Xatırladım ki, 26 iyun 1918-ci ildə Azərbaycanın Milli ordusunun yaradılmasına
başlanılıb.General- leytinant Əliağa Şıxlınski isə nazir müavini təyin edilib . Qısa
müddətdə Milli Ordu osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və
ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib.
Azərbaycanın Milli Ordusu da 30 il həsrətində olduğumuz torpaqlarımızı işğaldan
azad edərək, adını tarixə yazdı. Şuşanın azad olunması bir möcüzə oldu. Bax bu
möcüzəni yaradanlar, Şuşa fatehləri bizim fəxrimiz bizim qürurumuzdu. Belə
qəhrəman igidlərdən filimlər çəkilməli ,kitablar yazılmalıdı. Birlik olaraq belə igid
oğullarımızdan bəhs edən filim ərsəyə gətirdik..
Beləliklə Erməni Təcavüzünün Tanıdılması İçtimai Birliyinin “Ordum varsa,
yurdum var” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin QHT-
na Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə sənədli filim çəkildi.
Filim 44 günlük Vətən müharibəsində Şuşanın alınmasında, sücayət göstərən
oğullarımızdan bəhs edir. Layihə çərçivəsində çəkilən bu filmin rejissoru Elvin
Eminlidir. Filmdə Şuşa fatehləri qazilər Cavid Həsənov və Şiraz Həsənov Şuşanın
alınmasında necə çətinliklərə tab gətirdiklərini söyləyirlər. O gün neçə-neçə
oğullarımız Can Azərbaycan deyərək əbədiyyətə qovuşanarın şahidi olduq.
İmza əməkdaşınızın birinin adını yazın zəhmət olmasa
Növbəti