“Qəzza zolağına hücumların sayını artırırıq” – İsrail

İsrail ordusu Qəzza zolağına hücumların intensivliyini artırmağı planlaşdırır və bir daha yerli sakinləri anklavın cənub hissəsinə mümkün qədər tez təxliyə etməyə çağırır.

Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri deyib.

“Hücumlarımızı intensivləşdirəcəyik, potensial itkilərimizin sayını azaldacağıq, bu gündən etibarən zolağa hücumların sayını artırırıq, buna görə də Qəzza zolağının şimalındakı sakinlərin cənubuna evakuasiya etməyə çağırdıq. Bir daha vurğulamaq istəyirəm: bizim məqsədimiz Qəzza zolağıdır. Bu vəzifəni bizim qarşımıza siyasi rəhbərlik qoyub. Digər tərəfdən, biz həmişə Yaxın Şərqdə mövcud olan bütün təhlükələrə baxırıq. Bu gün çoxlu hadisələr baş verir, özümüzü müdafiə edirik və hücum edirik”, – deyə Həcəri qeyd edib. 



Mənbə