Misirdə Qəzza zolağında münaqişənin həlli üzrə sammit keçirilir

 Misirin paytaxtı Qahirədə Qəzza zolağında münaqişənin həlli üçün sammit keçirilir.
30-dan çox ölkə və bir sıra beynəlxalq və regional təşkilatların iştirak etdiyi tədbiri “Al Arabiya” yayımlayır.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin təşəbbüsü ilə təşkil olunan toplantıda Fələstin lideri Mahmud Abbas, BMT, Aİ, Böyük Britaniya, Yunanıstan, Türkiyə, Kipr, İtaliya və Rusiya nümayəndələri iştirak edir.
Tədbir zamanı Misir lideri sammit iştirakçılarını Qəzza zolağında humanitar fəlakətə son qoymaq və İsraillə fələstinlilər arasında sülhə gedən yolu canlandırmaq üçün yol xəritəsini razılaşdırmağa dəvət edib.



Mənbə