Şərqşünas və politoloq Yevgeni Satanovski Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova haqqında söylədiyi fikirlərə görə ekspert işlədiyi Solovyev LIVE kanalından qovulub.
Bu barədə jurnalist Vladimir Solovyov “Telegram”da məlumat verib.
O, öz proqramının ekspertinin belə açıqlamalarına görə şəxsən Rusiya Xarici İşlər Nazirliyindən üzr istəyib. Jurnalist Satanovskinin bəyanatlarını məzmun etibarilə ədalətsiz və forma etibarilə yolverilməz adlandırıb.