Bayden təcili İsrailə getdi

 
ABŞ prezidenti Co Bayden İsrailə uçub. İordaniya kralı ilə məsləhətləşdikdən sonra o, Əmmana səfərini ləğv edib.

Daha əvvəl İordaniya oktyabrın 18-də günortadan sonra baş tutmalı olan Əmman sammitini ləğv etdiyini açıqlamışdı.

Tədbirdə ABŞ prezidenti Co Bayden, İordaniya kralı Abdulla, Misir prezidenti Əl-Sisi və Fələstin Muxtariyyətinin sədri Əbu Mazen iştirak etməli idi. İordaniyanın xarici işlər naziri məsələ ilə bağlı, “müharibənin bitməsindən başqa bir şey haqqında danışmaq faydasızdır” deyib.



Mənbə