Afiyəddin Leysanov tanınmış vəkili HƏDƏLƏDİ… – ÖZBAŞINALIQ!

“Bu gün şikayətimlə əlaqədar AR DİN BDYP-nin qeydiyyat imtahan idarəsində oldum”. DİA.AZ bildirir ki, bunu öz açıqlamasında tanınmış vəkil Elçin Sadıqov qeyd edib.

Sözegedən idarədə açıq-aşkar hədələndiyini bildirən vəkil daha sonra bildirib:

Afiyəddin Leysanov tanınmış vəkili HƏDƏLƏDİ...

“Şikayətin məzmunu belə idi ki, vətəndaş əlavə ödənişlər olmadan avtomobilinə dövlət qeydiyyat nişanı almaq istəyir.

Məni Afəddin Leysanovun xüsusi tapşırıqlar üzrə müavini qəbul etdi.

Bildirdi ki, Afəddin müəllim deyir ki, bu sahədə vətəndaşlara hüquqi yardım göstərməsin, əks halda onun üçün (məni nəzərdə tutur) yaxşı olmayacaq”.

Məsələ diqqəiimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Mənbə