Kadırov 25 yaşılı qızına yüksək vəzifə verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov 25 yaşlı qızı Ayşata yüksək vəzifə verib.

Bu barədə o, özünün teleqram kanalında məlumat yayıb.

O qeyd edib ki, qızı Çeçenistan baş nazirinin sosial məsələlər üzrə müavini təyin edilib. 

“Çeçenistan Respublikası hökuməti ilə geniş tərkibdə görüş keçirdim. İclas zamanı Baş nazir Müslüm Xuçiyev Ayşat Kadırovanın Çeçenistan Respublikası Hökuməti sədrinin sosial blok üzrə müavini vəzifəsinə təyin edilməsi təklifi ilə çıxış edib”, – deyə Kadırov yazıb.

Onun sözlərinə görə, Çeçenistan baş nazirinin keçmiş müavini Musa Dadayev sonradan regional Mədəniyyət Nazirliyinə rəhbərlik edəcək.

Aişat Kadırova Ramzan Kadırovun böyük qızıdır, onun 25 yaşı var. O, 2021-ci ilin oktyabrından Çeçenistanın mədəniyyət naziri, 2020-ci ildən respublikanın mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb. 23 iyun 2022-ci ildə o, Çeçenistanın Birinci Prezidentinin ordeni ilə təltif edilib. Bu ilin sentyabrında Kadırova “Milli mədəniyyətin və incəsənətin inkişafındakı xidmətlərinə” və “Uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə” görə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.



Mənbə