Xalqımızın sevimli qızı Qənirə Paşayeva vəfat etdi

Milli Məclisin deputatı, görkəmli ictimai-siyasi xadim, peşəkar jurnalist, yalnız Azərbaycan
xalqının deyil, bütün Türk Dünyasının sevimli qızı Qənirə xanım Paşayeva səhhətində yaranmış ağır
problemlə əlaqədar 28 sentyabr tarixində 48 yaşında vəfat etmişdir.
Qənirə xanımın yoxluğu hamı kimi bizi də çox incitdi. İllərdir ki, Qənirə xanımla səmimi dostluq
münasibətlərimiz olmuşdur. Qənirə xanım həmişə kasıb təbəqənin yanında olmuş, bacardığı yaxşılığı
heç kəsdən əsirgəməmişdir. Hətta mən 2008-ci ildə Türkiyə Böyük Millət Məclisində olarkən orada da
məndən Qənirə xanımı soruşdular, xanıma salam çatdırmağı xahiş etdilər.
Qənirə xanımın dövlətimiz, dövlətçiliyimiz üçün, Türkçülük, Turançılıq üçün gördüyü işlər
danılmazdır. Onun Azərbaycan-Türkiyə dostluq əlaqələrinin inkişafında böyük zəhməti, əziyyəti
olmuşdur. Onu bilirəm ki, Qənirə xanım kimi insanlar 100 ildən bir dünyaya gələr.
Qənirə xanımın bir xoşbəxtliyi də o oldu ki, 19-20 sentyabr tarixlərində lokal antiterror
əməliyyatları nəticəsində respublikamızın ərazi bütövlüyünün bərpasını, tam qələbəmizi gördü. Artıq
Qənirə xanım xatirələrini daima əziz tutduğu şəhidlərimizə qovuşdu.
“Beynəlxalq Əlillər Cəmiyyəti” və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in kollektivi
Qənirə xanımın vəfatından kədərləndiyini bildirir, doğmalarına, yaxınlarına başsağlığı verir, Hamısıahdan
səbr diləyir.
Hamısıah rəhmət eləsin, məkanı Cənnət olsun.

Tahir Xudiyev,
“Əlillər Dünyası” qəzetinin Baş Redaktoru,
“Beynəlxalq Əillər Cəmiyyəti” və
“Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri

29.09.2023

ipp