DAUİB-yi Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayevin Atası Abid oğlu Ağayevin evində qonaq olduq
Bu günlərdə “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Sədri, Dünyaxanım Əliyeva və şairə,publisist Səriyyə Dumanli Şuşa Fatehi İgid Şəhidimiz Asəf Abid oğlu Ağayevin evində qonaq olduq.Şəhidimizin Atası,mərd insan,El atası Abid Agayevlə görüşüb xeyli söhbət etdik.Şəhidimiz anasi,Asəfin nənəsi Səyyarə nənə nəvəsi cox səmimi bizi qarşiladilar.Asəf haqqında şirin xatirələrindən danışdı.Abid bəy oğlu Asəfin ev muzeyinə hər gūn Bakidan və başqa rayonlardan ziyarətə gələnlərdən danişdi.
Şuşa Fatehi,ürəyi hər zaman Vətən sevgisi ilə döyünən,Şanlı Vətənimizi həmişə azad,firavan görmək istəyi ilə vuruşan, Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Xüsisi Təyinatlı Qoşun növünün Baş Leytenantı,Vətən Müharibəsi Şəhidi Asəf Abid oğlu Ağayev kimi.
Şuşa Fatehi Asəf Abid oğlu Ağayev 1993-cü ilin 24 noyabrında Qax şəhərində doğulub.Erkən yaşlarında hərbi sahəyə böyük maraq göstərib.Bu yerdə atalar gözəl deyib:” niyyətin hara,mənzilin ora”.Səhid Asəf Abid oğlu Ağayev 2020-ci ilin sentyabr ayının 27-də başlayıb həmin ilin 8 noyabrında başa çatan, 44 gün davam edən və Böyük Zəfərlə yekunlaşan Vətən Müharibəsində xüsusi xidmətləri ilə həmişə fərqlənib.Şuşanın işğaldan azad olunmasında Asəf Abid oğlu Ağayev böyük fədakarlıq nümunəsi nümayiş etdirib.Böyük Zəfər sevincini əks etdirən Hərbi nümayişdə iştirak etdikdən sonra yenidən cəbhə bölgəsinə qayıdan İgid,Qəhrəman Şəhidimiz Asəf Ağayev qəhrəmancasina həkak olub.Hamısıah Şəhidimizi rəhmət eləsin!Ruhu şad olsun.Valideyinlərinə səbr diləyitik.
“Dünya Ana və Uşaqlar” ictimai birliyi