Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərildi

 Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.

Xalqxeber.az report-a istinadən xəbər verir ki, 26 sentyabrda hər biri dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.

Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam – Əsgəran – Xankəndi yolu ilə göndərilib.

Qeyd edək ki, yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələrinin bölgəyə yanacaq göndərilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib.



Mənbə