Hazırda Rusiya Qara dəniz Donanması öz funksiyalarının yalnız 20%-ni yerinə yetirməyə qadirdir.
Bunu Ukrayna Hərbi Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Musienko ölkə ordusunun Rusiyanın qərargahına uğurlu zərbə endirməsini şərh edərkən deyib.
“Sevastopolda baş verənlər Ukrayna ordusunun parlaq addımlarının nəticəsidir, onun hazırlanması bir həftədən, hətta bir aydan çox çəkdi. Biz parlaq bir əməliyyat görürük”, – Musienko bildirib.
Ekspert söyləyib ki, Ukraynanın əsas məqsədi Rusiyanı məğlub etmək və düşmən donanmasını sıradan çıxartmaqdır.
Qeyd edək ki, sentyabrın 22-də Rusiyanın Qara dəniz Donanmasının Sevastopoldakı qərargahı raket atəşinə tutulub.