İrlandiya çimərliyində “sirli dəlik” tapılıb.
Qəribə dəliyi yerli sakin Deyv Kennedi kəşf edib. O dəniz sahilində itini gəzdirərkən qəribə dəliklə rastlaşıb. Astrofizika həvəskarı olan Deyv bunun yerə düşmüş meteoritin izi olduğunu zənn edib və tapıntını mediaya bildirib.
Əslində isə iki yerli sakin uşaq əylənmək üçün dəniz sahilində kürəkləri ilə bir çuxur qazıblar. Daha sonra onlar ərazini tərk ediblər.
Uşaqlar xəbərlərdə “meteorit”lə bağlı xəbəri gördükdən sonra prosesin videosunu yayıblar və obyektiv mənzərə üzə çıxıb.
Mənbə: “The İndependent”