Mingəçevirdə fotoqrafı toyda DÖYDÜLƏR

Mingəçevirdə fotoqrafı toyda döyüblər. 

“Unikal”ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivində qeydə alınıb. Belə ki, “Nur” şadlıq sarayı ərazisində keçirilən toy mərasimində fotoqraf Elman Nəbiyev toy sahibinin sərxoş qohumlarının hücumuna məruz qalıb. Döyülən E. Nəbiyev hadisə ilə bağlı polisə müraciət edib. 

Faktla bağlı araşdırma aparılır.



Mənbə