Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördtərəfli görüşün keçirilməsini təklif etmişik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfər etməzdən öncə jurnalistlərə açıqlamasında deyib.
“Biz Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, mənim və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik ki, addımı ona görə ataq. Hələ bizə bu təkliflə bağlı münasibət bildirilməyib. Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacağıq. Vəziyyəti yaxında izləyəcəyik”, – Türkiyə lideri bildirib.