Bir təsərrüfat subyekti 50 faiz və daha çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş hesab edilir.
Bu barədə Milli Məclisə yeni daxil olan Rəqabət Məcəlləsində qeyd olunub.
Məcəlləyə əsasən, müvafiq bazarda hərəkətləri birbaşa və ya dolayı yolla birgə xarakter daşıyan, hər biri 10 faizdən çox bazar payına malik olan 2 (iki) və daha çox təsərrüfat subyekti (ən çox paya malik olanlar əsas götürülməklə) aşağıdakı hallarda birgə hökmran mövqe tutmuş hesab edilirlər:
– iki və ya üç təsərrüfat subyektinin birgə bazar payı 50 faizdən çox olduqda;
– dörd və ya beş təsərrüfat subyektinin birgə bazar payı 70 faizdən çox olduqda;
– Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri (bazar payının hədləri və müəyyən edilməsi meyarları) rəqabət orqanı ilə razılaşdırmaqla Mərkəzi Bankın təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur;
– Müvafiq bazarda 50 faizdən az, lakin 35 faizdən çox bazar payına malik olan təsərrüfat subyekti müvafiq bazara təsir imkanına malik olduqda hökmran mövqe tutmuş hesab edilir.