Suriya ABŞ-dən təzminat tələb etdi

Suriya beynəlxalq ictimaiyyətin diqqətini onun təbii sərvətlərinin ABŞ və onunla əlaqəli terror qrupları tərəfindən sistematik şəkildə talan edilməsinə cəlb edir.

Bu barədə Ərəb Respublikası Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi müraciətdə deyilir.

“Dəməşq ABŞ-nin Suriya ərazisində qeyri-qanuni hərbi mövcudluğuna son qoyulmasını, ABŞ administrasiyasının neft və qaz sektoruna dəymiş ziyana görə cavabdeh olmasını və oğurlanmış neft ehtiyatlarına görə təzminat ödəməyi öhdəsinə götürməsini tələb edir”, – sənədə bildirilir.

Xarici İşlər Nazirliyi ABŞ-nin cinayət əməlləri nəticəsində respublikanın neft sektorunda birbaşa itkilərin 27,5 milyard dollar həcmində qiymətləndirildiyini qeyd edib.

Mənbə: TASS



Mənbə