Son bir neçə gündə Aİ-nin Monitorinq Missiyası Azərbaycan-Ermənistan sərhəd bölgələrində artan gərginliyi narahatlıqla izləyib.
Bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyası “X” hesabında (keçmiş Twitter) bildirib.
Qeyd olunur ki, Brüssel sərhəddəki vəziyyətlə bağlı məlumatlandırılıb.
“Patrullarımız hərbi və təhlükəsizlik sahəsindəki son vəziyyət barədə Aİ-yə məlumat vermək üçün sərhəd bölgələrini və qarşıdurma xətlərini əhatə edir”, – paylaşımda deyilir.