Aqil Nəzərli də QANUN HƏRLƏMİR… – BU DA FAKT!!!

Laçın Rayon İcra Hakimiyyətinin “Hacılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Hacılar obasında (Mal yatağı, Orta yatağ, Səlimin yatağı) obalararası və obadaxili yolların cari təmir işləri”nin satın alınması” ilə bağlı elan etdiyi tender başa çatıb.

Xalqxeber.az-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi “Avtoyoltikintiservis” MMC olub. Tərəflər arasında 68.634,7 AZN-lik müqavilə imzalanacaq.

Tenderə əsasən Sahələrin mexanikləşdirilmiş üsulla planlaşdırılması, Təbii qum-çınqıl qatışığı, Əsasların döşənək və hamarlayıcı qatlarının qurulması, Təbii qum-çınqıl qatışığı və.s satın alınmalıdır.

Əldə etdiyimiz məlumata görə, “Avtoyoltikintiservis” MMC-nin hazırda 4260.20 AZN vergi borcu var.

Bildirək ki, nizamnamə kapitalı 100 AZN şirkətin qanuni təmsilçi RAMİN MƏMMƏDOV ADİL OĞLUdur.

Xatırladaq ki, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidir.



Mənbə