Məğlub Ermənistan dezinformasiya yaymaqla məşğuldur

23 aprel 2023-cü iltarixdəAzərbaycan-ErmənistansərhədindəLaçınrayonuərazisindəHəkəriçayınınüzərində “Laçın” sərhəd-buraxılışməntəqəsiquruldu, fəxarətrəmzimizüçrəngli, ay-ulduzludövlətbayrağımızdalğalandırıldı. BununladaAzərbaycansərhədlərininbütövlüyütamtəminolundu. Beləliklə, xalqımızölkəsərhədlərinintoxunulmazlığınınonunüçünnəqədərböyükönəmdaşıdığınıbütündünyayabəyanetdi.Azərbaycan-Ermənistan sərhədində “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr dezinformasiya yaymaqla məşğuldurlar.
Onların iddialarına görə, guya biz Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirir və Qarabağ bölgəsində humanitar böhran yaradırıq. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.
“Laçın” dövlətsərhəd-buraxılışməntəqəsininyaradılmasınıölkəmizinsuverenhüquqlarıçərçivəsindəatılmışlegitimaddımdır. Laçın Azərbaycanın ərazisi olduğundan burada həyata keçirilən tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur.
Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır.
“Laçın” dövlət sərhəd-buraxılış məntəqəsi strateji əhəmiyyətə malikdir. Bu məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. “Təsadüfi deyil ki, Prezident İlham Əliyevin cari ilin may ayında ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirdi ki, “Azərbaycan-Ermənistan sərhədində “Laçın” dövlət buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Dövlətimizin başçısı Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağını da ABŞ rəsmisinin diqqətinə çatdırdı.
Məntəqənin yaradılması ilə Ermənistan və onun xarici havadarlarının beynəlxalq aləmdə hay-küy salıb, Qarabağda yaşayan ermənilərin blokadada qalması, ərzağa, dərmana və digər tələbat mallarına ehtiyacları olması ilə bağlı kompaniyalar aparır. Lakin sevindirrici haldır ki, Azərbaycanın mövqeyi əksər ölkələr tərəfindən dəstəklənib və Ermənistan beynəlxalq səviyyədə növbəti dəfə ifşa edilib.
Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Bu gün Azərbaycan humanitar yüklərin daşınmasına etiraz etmir. Bunun üçün hətta keçid də təklif edib ki, yüklər Ağdam-Xankəndi yolu ilə çatdırılsın. Əgər məqsəd yüklərin daşınmasıdırsa, bununla bağlı alternativ var, yox, Ermənistan hansısa havadarına güvənib qeyd edirsə ki, məhz yükləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçirməlidir, onda bu, mümkün olmayacaqdır.
“Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

Mənbə