Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və digərlərinin əsərlərinə istinad olunaraq çox mükəmməl çəkilmiş xəttatlıq nümunələri Azərbaycan rəssamlıq sənətində çox mühüm bir mərhələyə çevrildi. Rəssamın çəkdiyi əsərlərdə fəlsəfi, poetik, ruhani aləmlərin harmoniyasından yaranan mahiyyət ortalığa çıxıb.
Bu gün Gülümxan Qardaşxan oğlu Azərbaycana gələrək Bakının Qala qəsəbəsində yaşadığı öz evini muzeyə çevirib.
Gülümxan Qardaşxanoğlu ilə görüşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin rəhbərliyi bu təşəbbüsü yüksək dəyərləndiriblər.
Xatırladırıq ki, qədim sənət növlərindən biri xəttatlıq olub. Hələ çap maşınları icad olunmamışdan əvvəl mütəfəkkirlərin, alim və şairlərin əsərlərinin üzü xəttatlar tərəfindən köçürülərək yayılıb. Yazı mədəniyyətinin formalaşmasında xəttatların rolu olduqca böyükdür. Belə sənətin modern tətbiqi və milli çalarlardan istifadə olunmaqla klassiklərimizin hazırkı məqamda təbliği zəruridir. Bu baxımdan tanınmış rəssam Gülümxan Qardaşxanoğluya uğurlar diləyək.
Fact-info.az