“Eos Qrup” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 18-yə çatıb.
“Şirkət Parkın ərazisində investisiya dəyəri 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi yaradacaq və 49 nəfəri işlə təmin edəcək” – deyə M.Cabbarov qeyd edib.