Bu gün mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bu gün mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür.

Müğənni, bəstəkar Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə bakının Nardaran kəndində dünyaya gəlib.

Onun sənət yolu toy və el şənliklərindən başlayıb. O, adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib. 

Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil olub.
Sözləri və musiqisi Məmmədbağır Bağırzadəyə aid olan “Səməni, nazlı gəlin”, “Hülya”, musiqisi Ələkbər Tağıyev, sözləri Hafiz Baxışa aid olan “Azərbaycan oğluyam” və digər nəğmələr bu gün də başqa ifaçılar tərəfindən səslənməkdədir.

M.Bağırzadə 2005-ci il oktyabrın 30-da vəfat edib.



Mənbə