“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB Agentliyin dəstəyi ilə layihə icra edəcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
maliyyə dəstəyi ilə “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İctimai
Birliyi iyul ayının 1-dən avqust ayının 31-dək “Vətən qürbətə qalmaz” adlı layihə həyata
keçirəcək.
Layihə Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi
– mədəni irsimizə aid memarlıq abidələrinin tanıdılması və təbliğinə həsr olunub. Bu
məqsədlə arxiv sənədləri, video materillar, əslən Qərbi Azərbaycandan olan ziyalıların
xatirələri əsasında mədəni irsimiz, tarixi abidələrimizlə bağlı “Vətən qürbətə qalmaz” adlı
sənədli filmin hazırlanması və təqdimatı nəzərdə tutulub. Bu da “Qərbi Azərbaycana Qayıdış
Konsepsiyası”na əhəmiyyətli xidmət göstərəcək.

Mətbuat xidməti
03.07.2023