Hakan Fidan Azərbaycana gələcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Verilən məlumata görə, səfərdə məqsəd iyulun 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin XİN rəhbərlərinin iclasında iştirak etməkdir.

Türkiyə XİN başçısı iclas çərçivəsində Fələstin Nazirlər Komitəsi iclasına, eyni zamanda, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirə qatılacaq.

H.Fidan həmkarları ilə ikitərəfli təmaslar keçiriləcək.



Mənbə