Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda Qurtuluş günü qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailəri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Ümummilli Lider Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər və önünə gül dəstələri düzüblər.
İlk öncə Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Cəngan kənd tam orta məktəbinin tarix müəllimi Şərabanı Əhmədova, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, RAŞ-ın üzvü Nəcəfqulu Hacıyev, şair Elnur Abdiyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdiyi uğurlardan, Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazılmasından, 15 iyun – Milli Qurtuluş Günündən sonra Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindən, iştirak etdiən beynəlxalq layihələr , qloballaşma prosesinə Azərbaycanın öz standartları ilə qoşulmasından və Ulu Öndər Heydər Əliyev haqqında öz xatirələrini bölüşüblər.
Çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər azərbaycanlı üçün çox əziz olduğunu, 30 il öncə yenicə müstəqilliyini qazanan respublikamızı dağılmaqdan, məhv olmaqdan, vətəndaş qarşıdurmasından xilas edən Ulu Öndər Heydər Əliyevin düşünülən siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilməsindən, Ümumilli Lider Heydər Əliyevdən sonra isə bu siyasi xəttini Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirməsindən, Azərbaycanın daha da möhkəmlənməsi, qüdrətlənməsi istiqamətində çalışması haqqında məlumat verib.
15 İyun Milli Qurtuluş günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse- prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın simasında Azərbaycan xalqının ünvanına təbriklər deyilib və bir daha vurğulandı ki, müstəqilliyimiz əbədidir və dönməzdir.