Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müdafiə Nazirliyi qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edir.