İrana sərt xəbərdarlıq: “Hazırıq” – Hərbi variant masada

İsrail Baş naziri Binyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı güc tətbiq etməyə hazır olduqlarını bildirdilər.Dunyaxeber.org xəbər verir ki, baş nazir İsrailin bunun üçün hərbi rıçaqlardan istifadə etməyə hazır olduğu xəbərdarlığını edib.

“Təkcə diplomatiyanın işləyəcəyini düşünmürəm. İnanıram ki, diplomatiya yalnız real hərbi təhlükə və ya hərbi varianta müraciət etmək istəyi ilə birgə işləyə bilər”, – Netanyahu vurğulayıb.

Onun sözlərinə görə, İranın nüvə proqramının qarşısını almaq cəhdləri heç bir nəticə verməsə, daha ciddi qətnamə müzakirə oluna bilər.  /teleqraf.com/