Dollar və avronun bahalaşması davam edir


Türkiyə valyuta birjalarında ötən gün lirənin kəskin ucuzlaşması bu gün də davam edib.

Dunyaxeber.org xəbər verir ki, bu gün də dollar və avro birjalarda bahalaşıb.

Dollar 0.44 faiz bahalaşaraq 23.35 lirəyə yüksəlib. Avro isə 1.69 faiz dəyər qazanıb. Hazırda 1 avro 25.36 lirə səviyyəsində qərarlaşıb.   /Cebhe.info/