Zelenski: “Putin əvvəlki gücünü itirdiyini düşünürəm”


Ukrayna prezidenti Zelenski Rusiya prezidenti Vladimir Putinin gücünün zəiflədiyi qənaətində olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Putinin problemdən xəbərdar olduğunu iddia edən Zelenksiy, “İş ortaqlarının ona inamını itirdiyini düşünürəm. Bu, həm orduya, həm də bir çox başqa şeylərə təsir edir. Putin əvvəllər sahib olduğu gücü itirdi” dedi.

Nizami Rusiya ordusu ilə Vaqner qruplaşması arasındakı münasibətə toxunan Zelenski iddia edib ki, həm dövlət, həm də özəl ordular arasında çox ciddi siyasi mübarizə gedir.

Ölkəsinin NATO-ya üzvlüyünə toxunan Zelenski, Vilnüsdə keçiriləcək NATO sammitinə işarə edərək, “Ukrayna, əlbəttə ki, sammitdə olmaq istəyir. Amma NATO bizi gələcək üzv kimi görmürsə, biz niyə ora getməliyik” ? soruşdu.

“Şimal axını” boru kəmərlərinə edilən hücumlarda Ukraynanın əli olması ilə bağlı iddiaları təkzib edən Zelenski sərt şəkildə təkzib edib: “Mən prezidentəm və ona görə göstərişlər verirəm. Ukrayna tərəfindən belə bir şey olmayıb. Mən heç vaxt belə bir şey etməzdim. Bilirdim. Bu barədə heç bir şey yoxdur.” Bizə dəlil göstər.” Deyirəm, əgər hərbçilərimiz bunu etmişdisə, bizə sübut göstərin”. qiymətləndirməsini edib.

Zelenski Rusiyanı Kahovka bəndinin uçurulmasından sonra xilasetmə işlərinə böyük maneə törətməkdə günahlandıraraq əlavə edib: “İnsanları işğal olunmuş ərazidən çıxarmaq çox çətindir. Yardım işçilərimiz onları xilas etməyə çalışan kimi onlara atəş açılır”.

Eltac/Turkustan.az






Mənbə