Bakıda təcili eniş edən təyyarədəki sərnişin Mərkəzi Klinikida vəfat edib.
Dunyaxeber.org xəbər verir ki, bu barədə Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı müəyyən edilib ki, Çin Xalq Respublikasının Honkonq şəhərində anadan olmuş, həm Çin Xalq Respublikasının, həm də Böyük Britaniya Krallığının- ikili vətəndaşlığı olan, Tsang Yau Keung mayın 29-da Honkonq şəhərindən Böyük Britaniya Krallığına getmək üçün təyyarə ilə uçuş vaxtı qəflətən vəziyyəti pisləşib. Təyyarə Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanına məcburi eniş edib və daha sonra Tsang Yau Keung təcili tibbi yardımın müşayəti ilə Mərkəzi Klinikaya yerləşdirilib.
Xəstəxanada müayinə zamanı 1962-ci il təvəllüdlü Tsang Yau Keungun ürəyindən uzun müddətdir müalicə alması, ürəyinə stend qoyulduğu müəyən edilib və ona Mərkəzin reanimasiya şöbəsində ürəyin arotraxd tubla urtubasiya olunmasına və digər tibbi yardım səylərinə baxmayaraq o, Mərkəzin reanimasiya şöbəsində iyunun 3-ü saat 08:00-da ölüb. /Sfera.az/