Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.
Turkustan.az xəbər verir ki, əvvəlki hökumətdə təmsil olunan nazirlərin əksəriyyəti yeni kabinetdə yer almayıb.
Yeni hökumətin tərkibində ən gənc nazir sənaye və texnologiya naziri Mehmet Fatih Kaçıdır. O, 1984-cü ildə anadan olub. 69 yaşlı müdafiə naziri Yaşar Güler isə hökumətin ən yaşlı üzvüdür.
Nazirlər Kabinetinin yeni tərkibinin təvəllüdləri aşağıdakı kimidir:
Vitse-prezident Cevdet Yılmaz – 1967-ci il
Ədliyyə naziri Yılmaz Tunç – 1971-ci il
Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş – 1982-ci il
Əmək və sosial nüdafiə naziri Vedat Işıkhan – 1966-cı il
Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki – 1957-ci il
Xarici işlər naziri Hakan Fidan – 1968-ci il
Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar – 1975-ci il
Gənclər və idman naziri Osman Aşkın Bak – 1966-cı il
Xəzinə və maliyyə Naziri Mehmet Şimşek – 1967-ci il
Daxili işlər naziri Ali Yerlikaya – 1968-ci il
Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy – 1968-ci il
Milli təhsil naziri Yusuf Tekin – 1970-ci il
Milli müdafiə naziri Yaşar Güler – 1954-cü il
Səhiyyə naziri Fahrettin Koca – 1965-ci il
Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır – 1984-cü il
Kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı – 1969-cu il
Ticarət naziri Ömer Bolat – 1963-cü il
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu – 1966-cı il
/Modern.az/